Donetskdə ağır yaralanan azərbaycanlı vəkil Elman Paşayevin vəziyyəti stabilləşib. 

"Unikal" xəbər verir ki, bu barədə vəkilin "Telegram" kanalında qeyd olunub. 

"Şimal Hərbi Dairəsi zonasında döyüş tapşırığını yerinə yetirərkən yaralanan vəkil Elman Paşayevin vəziyyətini həkimlər stabilləşdirə biliblər. Həkimlər ona beyin silkələnməsi və ayağın zədələnməsi ilə yanaşı, yumşaq toxumaların qəlpə yaraları da diaqnozu qoyublar", - deyə qeyd olunub.

Vəkilin həyat yoldaşı Alena Paşayevanın sözlərinə görə, əri hazırda xəstəxanadadır. 

Xatırladaq ki, aktyor Mixail Yefremovun keçmiş vəkili Elman Paşayev Uqledar yaxınlığında ağır yaralanmışdı. 

Ağarza Elçinoğlu