Hədə-qorxu ilə tələb etmə maddəsi ilə həbs edilən Fuad Alik oğlu Muradov, Ramil Faqi oğlu Paşşanov və Gülnar Süleyman qızı Hacıyevanın məhkəməsi başlayır.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxslərin məhkəməsi 30 aprel 2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, cinayət işində Sofuyev İlham Fərman oğlu (Ağstafa rayon Mərkəzi Xəstəxanasına baş həkimi), Nağıyev Rövşən Nofəl oğlu, İsayev İlham Məhəmməd oğlu, Əliyev Əfqan Vəli oğlu, Əfəndiyev Mustafa İsa oğlu, Əliyev Əli Cəfər oğlu (Ağstafa rayon təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır) və Musayev Əhəd Məhəd oğlu (Ağstafa rayonu, Aşağı Göycəli kənd tam orta məktəbinin direktoru) zərərçəkmiş qismində tanınıblar. 

Xatırladaq ki, hər üç şəxs ötən ilin oktyabr ayında Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb. 
Qeyd edək ki, Fuad Muradovun atası Arif Muradov I Qarabağ müharibəsinin veteranıdır. Ehtiyatda olan polkovnikdir.

Azər İsrafilov