"Hakimiyyət işçi qrup yaratmaq qərarı ilə öz qanunsuz qərarlarını legitimləşdirməyə, kənd başçılarını və müxtəlif insanları bu işə cəlb etməyə çalışır".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qarnik Danielyan deyib. 

O, baş nazir Nikol Paşinyanın demarkasiya komissiyasının tərkibində yaratdığı işçi qrupunu təqid edib: "Əgər nəyisə öldürmək istəyirsinizsə, komitə yaradın. Proses qanunsuzdur, o komissiya qanunsuz prosesi qanuniləşdirmək üçün yaradılıb. Məqsəd budur. Əgər hakimiyyətin məqsədi vicdanlı idisə, sərhədlərin müəyyənləşdirilməsi və demarkasiya prosesini prosedurlarla təmin etməli idilər, bu prosedur təmin olunmayıb.

Bir dəfə "Əliyev", "Azərbaycan" deyən kimi qorxudan göyərirlər, şoka düşürlər". 

Ağarza Elçinoğlu