Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib. 

DİN-dən "Unikal"a verilən məlumaa görə, H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nın əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.