Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib.

"Unikal" xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.

***

08:35

Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev bu gün Moskvaya yollanacaq. 

"Unikal" xəbər verir ki, dövlət başçısı həmkarı Putinlə Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələləri nəzərdən keçirəcək və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.