Xudatda avtomobil qəzası baş verib. 

"Unikal"ın məlumatına görə “Jeep” və “Vaz-2107” markalı avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmmədəliyev Murad Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca