İki gün əvvəl Abu Dabidən İrəvana uçan "Wizz Air" şirkətinin təyyarəsi möcüzəvi şəkildə qəza şəraitindən çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Əbu-Dabi hava limanından havaya qalxdıqdan 10 dəqiqə sonra Dubay üzərində uçarkən təyyarəyə ildırım düşüb və nəticədə pəncərələrdən biri çatlayıb. 

Təyyarədə olan insanlar qəzaya uğrayacaqlarını zənn ediblər. Pilotlar təyyarəni Əbu-Dabi hava limanına endirməyi bacarıblar. 

Ağarza Elçinoğlu