1 saylı Şəhər Poliklinikasının həkimi poliklinikanın baş həkimini məhkəməyə verib.

“Unikal”ın məlumatına görə, İsmayılova Günay Vəlihəd qızı əmək mübahisələri ilə bağlı baş həkim Nurəlibəyova Təranə Fərrux qızı və “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsindən Yasamal Rayon Məhkəməsinə şikayət edib. May ayının 14-də hakim Fariz Əlizadənin sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. 

Baş həkim Nurəlibəyova Təranə Fərrux qızının vəkili Elvin Əliyev “Unikal”a açıqlama verərək bildirdi ki, “məhkəmə prosesi başlamadığından heç bir açıqlama verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, Günay İsmayılovanın problemi baş həkim Təranə xanımla deyil, Bakı Baş Səhiyyə Mərkəzilədir”. 

Azər İsrafilov