Ermənistanın eks müdafiə naziri (1992-1993) Vazgen Manukyan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinə açıq məktub yazıb.

"Unikal" xəbər verir ki, erməni siyasətçi məktubunu öz "Facebook" səhifəsində dərc edib. 

Ermənistanın birinci baş naziri (1990-1991) olmuş Manukyan Zatulinin bəyanatlarına cavab olaraq bildirib ki, Rusiya silahlı qüvvələrinin Qarabağdan çıxarılmasında səbəbkar Rusiyanın özüdür: "Rusiyanın Ukrayna ilə problemlərini nəzərə alsaq, hətta Ermənistan liderinin qeyri-adekvat insan olduğunu nəzərə alsaq, Rusiyanın 2020-ci ildən bu yana apardığı davranışlar müttəfiq anlayışlarına uyğun gəlmir.

Ukraynadakı döyüşün necə bitməsindən asılı olmayaraq, Rusiya burada sizin üçün daha əhəmiyyətli müharibəni artıq itirdi. Bütün dünya xalqlarına ittifaqınızın “etibarlılığını” nümayiş etdirməklə pantürkist hərəkata yol açmaq və ruhlandırmaq həm sizə, həm də bizə ziyandır". 

Ağarza Elçinoğlu