"Hərbi xidmətə çağırış sistemi və səhiyyə sistemində dövlətə qarşı geniş əməkdaşlıq var". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib. 

Baş nazir hərbi xidmətdən azad edilmə hallarına toxunaraq qeyd edib ki, sistemdə boşluqlar çoxdur: "Milli Təhlükəsizlik Agentliyinin nəzarəti nəticəsində təəccüblü bir fakt aşkar ediblər. Qeyd olunur ki, çağırışçının beynində kista var, lakin sonra onu müəyyən etmək mümkün olmur. İstinad edilən araşdırmanın məlumatları həmin şəxslə bağlıdır. Kimin ağlına gələrdi ki, ölkənin iki elit peşəsi arasında dövlətə qarşı belə geniş əməkdaşlıq var?"

O, səhiyyə və müdafiə nazirliklərinin niyə hökumətə hesabat vermədiyini də soruşub: "Bəlkə bu sualın cavabını almaq üçün qrup yaradaq?"

Ağarza Elçinoğlu