Bursanın İznik rayonundakı mağarada xəzinə axtaran 3 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, onlardan biri - 68 yaşlı Teyfik Ö. mağarada qazdığı 5 metrlik quyunun çökməsi nəticəsində dünyasını dəyişib. Digər iki şəxs - birincinin oğlu Okan Ö. və İbrahim E.-nin isə mağarada qazdan zəhərlənərək öldüyü ehtimal edilir. 

Bursanın Jandarma Komandiri general-mayor Tekin Aktemur hadisə yerində əməliyyatı şəxsən idarə edir.

***11:21

Bursanın İznik rayonunun Gürmüzlü bölgəsində bir qrup şəxsin xəzinə axtarışları faciə ilə nəticələnib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mağarada qanunsuz şəkildə qazıntı işləri aparan şəxslərdən biri uçqun altında qalaraq ölüb. Digər iki şəxs köməksiz vəziyyətdə qalıb. 

Mağarada qalanlar üçün xilasetmə əməliyyatına başlanılıb.

Ağarza Elçinoğlu