Abşeronda evdən külli miqdarda oğurluq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.