Braziliyanın Rio-de-Janeyro şəhərində qadın 17.000 real kredit almaq üçün yaşlı bir kişinin cəsədini banka aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Braziliyanın TV Globo kanalı məlumat yayıb.

Erika de Souza Vieira Nunez adlı qadın özünü əlil arabasında oturan kişinin qardaşı qızı kimi təqdim edib. 

"Əmi, qulaq asırsan? Kredit müqaviləsini imzalamalısan. Əgər etməsən, alınmayacaq. Mən sənin yerinə imza ata bilmərəm", - deyə qadın yalançı dialoq qurmağa çalışaraq bank işçilərini aldatmağa çalışıb. Müəyyən edilib ki, 68 yaşlı Paulo Roberto Braqa bir neçə saatdır ki, ölüb.

Bank işçiləri hadisəni lentə alaraq polisə müraciət ediblər. Qadının nəzarətə götürüldüyü bildirilir. 

Ağarza Elçinoğlu