Gəncədə yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Azəralüminium zavodun təmir sexində anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Ümumi sahəsi 60 kv metr ərazi olan sexin 30 kv metrə yaxını yanıb. Yanğın yanğın söndürənlər tərəfindən söndürülüb, sexin qalan hissəsi yanğından mühafizə edilib. Hadisə zamanı sexdə olan 2 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov