"Dünyada ərzağa olan tələbat günü-gündən artır. Biz torpaqların dayanıqlı istifadəsi üçün onun ağıllı istifadəsini uyğun görürük".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. O bildirib ki, su ehtiyatlarının böyük qismi kənd təsərrüfatında istifadə edilir. 

"Birmənalı şəkildə müasir suvarma texnologiyalarının tətbiqi çağırış olaraq qarşımızda dayanır. Biz su, torpaq və ya kənd təsərrüfatında texnologiya deyirik. Bunu istifadə edən insandır. İnsanın bunu nə dərəcədə şüurlu istifadə edəcəyi önəmlidir. Bu gün qarşımıza ağıllı fermer çağırışı qoyuruq. İnsanların istehlakı hamımızı maraqlandıran məsələdir. Şüurlu istehlak önəmlidir".

Anar Kəlbiyev