"Meydan prezidenti Volodimir Zelenski ukraynalıları bitirir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

O, Ukrayna dövlət başçısının səfərbərliyin gücləndirilməsi haqqında qanun imzalaması ilə bağlı xəbərinə münasibət bildirərək, "Zelenski ukraynalıları bitirir", - deyib. 

Xatırladaq ki,  Zelenski bu gün Ukraynada səfərbərliyin gücləndirilməsi haqqında qanun imzalayıb. Qanun bir aydan sonra qüvvəyə minəcək.