Rusiya Federasiyasının prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Putin Rəisini və bütün müsəlmanları Ramazan ayının başa çatması və Qurban bayramı münasibətilə təbrik edib.

Rusiya və İran prezidentləri Yaxın Şərqdə vəziyyətin pisləşməsini də müzakirə ediblər: "Vladimir Putin ümidvar olduğunu bildirib ki, bütün tərəflər ağlabatan təmkin nümayiş etdirəcək və bütün region üçün fəlakətli nəticələrlə dolu olan qarşıdurmanın yeni raunduna imkan verməyəcək".

Rəisi İranın hərəkətlərinin məcburi və məhdud xarakter daşıdığını qeyd edib. İran prezidenti əmin edib ki, Tehran gərginliyin daha da artmasında maraqlı deyil.

Tərəflər, həmçinin Yaxın Şərqdə dərhal atəşkəs lehinə ölkələrin prinsipial yanaşmalarını təsdiqləyiblər.

Həmçinin qeyd olunub ki, Moskva və Tehran birgə infrastruktur layihələrini və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Ağarza Elçinoğlu