Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son təklifin bütün şərtlərini rədd edib.

"Unikal" xəbər verir ki, bunu yüksək vəzifəli İsrail rəsmisi "Times of Israel"a deyib. 

"HƏMAS son girovların dəyişdirilməsi təklifinin bütün aspektlərini rədd etdi", - rəsmi nəşrə bildirib.

Onun sözlərinə görə, HƏMAS tələb edir ki, sazişin birinci mərhələsi İsrail ordusunun Qəzza zolağından tam çıxarılması, daimi atəşkəs və ikinci mərhələdə fələstinlilərin məhdudiyyətsiz olaraq anklavın şimalına qayıtmasına zəmanət versin. Hərəkat həmçinin, azad edilən hər girov üçün tələb etdiyi fələstinli məhbusların sayını və HƏMAS-ın da azad etmək istədiyi məhkum edilmiş cinayətkarların sayını artırıb.

Gülayə Mecid