Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna etiraz edən Tbilisi sakinlərini dəstəkləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan lideri polisi ölkənin Avropa ilə gələcəyini qoruyan insanları həbs etməkdə ittiham edib.

“Gürcüstan yenidən sovetləşməyə boyun əyməyəcək!” – deyə Zurabişvili bildirib.