İtaliya Tehrandakı konsulluğunu bağlayır.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" hesabında yazılıb.

Bildirilib ki, İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacaq.

İtaliya Xarici İşlər Nazirliyi konsulluğun bağlanmasının səbəblərini hələlik açıqlamayıb.