Sidneydə kilsələrin birində keşişə bıçaqlı hücuma məruz qalıb. 

"Unikal" xəbər verir ki, Yepiskop Mar Mari Emmanuelin “Wakely's Christ The Good Shepherd” Kilsəsində xütbə zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə anbaan kameralara əks olunub. 

Görüntülərdə hücum edən şəxsin dəfələrlə keşişin üzünə və bədəninə zərbələr endirdiyi əks olunub. Həmçinin, keşişlə yanaşı kilsə ziyarətçilərinin ona tərəf qaçması və təcavüzkarı keşişdən ayırmağa çalışması ilə daha beş nəfər də bıçaqlanıb.

Qeyd edək ki, kilsənin yepiskopu Mar Mari Emmanuel Assuriya Ortodoks inancının ultra mühafizəkar təriqətinin lideridir.

 Zərifə Nağıyeva