Gürcüstan parlamentində yenə deputatlar arasında dava düşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze “Xarici təsirin şəffaflığı barədə” qanun haqqında çıxış edərkən baş verib.

Belə ki, müxalif “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili Mdinaradzeyə yumuruqla hücum edib.

Bundan sonra digər deputatlar arasında da dava düşüb.