Rusiyanın keçmiş Baş prokuroru Valentin Stepankovun 47 yaşlı oğlu Denis Stepankovun meyiti Moskvanın mərkəzindəki mənzildə tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Valentin Stepankov 1991-1993-cü illərdə Rusiyanın baş prokuroru vəzifəsində çalışıb.