Qarabağda özünü buraxdıqdan sonra İrəvana qaçan separatçı rejimin nümayəndəsi oğurluq edib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, "Artsax"ın daxili işlər naziri olmuş Armeni Baqryan vətəndaşa məxsus “VAZ 2121” markalı avtomobil ilə Qarabağdan qaçıb. Daha sonra maşını ehtiyat hissəsi kimi satıb.

O, antiterror əməliyyatı zamanı Ağdərə rayonunda polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi kimi çalışırdı. 

Ağarza Elçinoğlu