Çarlz Perkins Mərkəzinin (Avstraliya tibb və tədqiqat mərkəzi) alimləri aparılan araşdırmalar nəticəsində müəyyən ediblər ki, axşam fiziki fəaliyyət (18:00-dan gecə yarısına qədər) artıq çəkili insanlarda ürək sağlamlığını qorumaq üçün digər saatlarda idman etməkdən daha faydalıdır. 

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri “Diabetes Care” jurnalında dərc olunub.

Tədqiqatda yaşı 40-dan yuxarı olan 29 836 artıq çəkili yetkin iştirak edib. Bütün könüllülər arasında, demək olar ki, üç minə yaxın şəxsə tip 2 diabet diaqnozu qoyulub. İştirakçılar gündəlik fəaliyyətlərinin ən çox günün hansı saatında yerinə yetirilməsindən asılı olaraq səhər, günorta və axşam məşq qruplarına bölünüblər.

Müşahidə zamanı məlum olub ki, axşam saat 6-dan sonra qısa fasilələrlə məşq edən insanlarda ürək-damar və bu kimi xəstəliklərin inkişaf riski daha azdır.  

Zərifə Nağıyeva