Qəbələ rayonunun Böyük Əmili kəndində ümumi sahəsi 136 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 2 ton ot bağlaması yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.