Roma Papası Fransisk İran və İsraili zorakılıqdan çəkinməyə çağırıb.

Bu barədə “Unikal"” “The Times” nəşrinə istinadən xəbər verir.

“Heç kim başqalarının varlığını təhdid etməməlidir. Bununla belə, bütün ölkələr sülhün tərəfində olmalı, israillilərlə fələstinlilərin iki dövlətdə yan-yana və təhlükəsiz şəraitdə yaşamasına kömək etməlidir”, - pontifik vurğulayıb.