Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.

"Unikal" xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında deyilir.

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - XİN qeyd edib.