Babası 1918, atası 1942, oğlu 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, Arif baba kimi tanınan A.İsmayılov 24 il həyətində becərdiyi meyvə və tərəvəzləri cəbhə bölgəsində olan əsgərlərimizə aparıb.

Qeyd edək ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkənd uğrunda döyüşlərin birində şəhid olub.