Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 68-BC-470 dövlət nömrə nişanlı “VAZ 21011” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.