"Barcelona"nın baş məşqçisi Xavi bu mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə İspan mütəxəssis özü bir daha dediklərini təsdiq edib. 

O, fikrini dəyişməyəcəyini bildirib: "Mövsümün sonunda klubdan ayrılmaq qərarım dəyişməyəcək. Qəbul etdiyim qərar düzgün qərardır, bu, kluba, futbolçulara, hətta mətbuata, eləcə də mənə və yaxınlarıma sakitlik gətirdi... Və mən öz fikrimi dəyişmirəm", - deyə Xavi bildirib. 

Xavi 2021-ci ilin noyabrından "Barcelona"ya rəhbərlik edir.

Ağarza Elçinoğlu