Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar təxminən dörd saat davam edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, iki siyasətçi arasında dialoq bu gün də davam edəcək.

Prezidentlər xüsusilə Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər.

Putin Lukaşenkonun Kiyevlə İstanbul müqaviləsi layihəsinə qayıtmaq təklifi ilə razılaşıb. 

*** 21:07

Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.

"Unikal" xəbər verir ki, danışıqlar hələ ki mediaya qapalı şəraitdə keçirilir.

Qeyd edək ki, Lukaşenko Moskvada işgüzar səfərdədir.