İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi şəhid olub.

Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da terrorçuların açdığı atəş nəticəsində çavuş Hikmət Aslan yaralanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.