Azadlıq yürüşü Tbilisidə Rustaveli prospektində baş tutub.

"Unikal" xəbər verir ki, yüzlərlə yürüşçü Respublika meydanından Gürcüstan parlamentinin binasına doğru yürüş edib.

Aksiya 9 aprel 1989-cu ildə öldürülənlərin xatirəsinə və “Xarici agentlər haqqında” qanuna zidd olaraq keçirilib. Motosikletçilər piyada nümayişçilərin qabağına çıxıblar.