Xaçmazda asfalt-beton zavodunun ərazisində yanğın baş verib.

"Unikal" xəbər verir ki, rayonun Yeni Sudur kəndində fəaliyyət göstərən zavodun yaxınlığındakı təxminən 0,7 hektar ərazidə kol-kos və bitium tullantıları yanıb.

Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınaraq söndürülüb.

Yanğının səbəbləri araşdırılır.