Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi rəsmi sığorta agenti tərəfindən məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, Bakı İnzibati Məhkəməsinə müraciət edən sığorta agenti Əhmədli Təbriz Ayaz oğlu idarənin aktları və hərəkətləri ilə əlaqədar şikayət edib.

Aprel ayının 30-na təyin olunan məhkəmə prosesinə hakim Miminat Hacıbəyova sədrlik edəcək. 

Azər İsrafilov