Qazaxıstan Respublikasının prezidentinin müşaviri, prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.