Şamaxıda naməlum şəxs iti maşının arxasına bağlayaraq sürüməyə cəhd edib.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, “06 BC 240” dövlət nömrə nişanlı avtomobilin sürücüsü iti maşının arxasına bağlayaraq nəqliyyat vasitəsini işə salıb. Daha sonra yaxınlıqdakı xanım hadisəyə müdaxilə edib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.