Ramazan bayramı münasibətilə Diaqnoz Tibb Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

"Unikal" xəbər  verir ki, ailələrlə görüşlər zamanı şəhidlərin əziz xatirələri yad edilib, onların həyatı və döyüş yolu haqqında söhbətlər aparılıb. Şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

Nəcib xüsusiyyətləri özündə birləşdirən bu müqəddəs ayda uca Allah tutduğunuz orucları, etdiyiniz ibadətləri qəbul eləsin!

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edirik! Dövlətimiz hər zaman qüdrətli, xalqımız mehriban, ordumuz müzəffər olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.