Şəmkirdə usta evin mansarında ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən evlərinin birinin damında usta kimi işləyən 60 yaşlı Azər Heydərovun meyti tapılıb. Əraziyə polis və prokrorluq əməkdaşları cəlb olunub. İlkin məlumata görə, usta ürək tutmasında dünyasını dəyişib.

Aparılan ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri bəlli olacaq.

Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır.

Tural Əhmədov