Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib. 

Araşdırma aparılır.