Xarici işlər naziri Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X” platformasında bildirib.

“Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu. Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq”, - Ceyhun Bayramov vurğulayıb.