İqtisadiyyat naziri Mikayıl Cabbarov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşüb. 

"Unikal" xəbər verir ki, nazir bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub:

“Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun ölkəmizə səfəri çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm, gəmiqayırma kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanları nəzərdən keçirdik. Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.