“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin terror aktı ilə əlaqədar keçirdiyi müşavirədə məlumat verib.

O bildirib ki, faciə zamanı ölənlərin sayı 139 nəfərə çatıb. Onlardan 40-ı odlu silahdan aldıqları xəsarət nəticəsində, 45-i isə yanğında həlak olub

Bastrıkinin sözlərinə görə, ölənlərdən 75 nəfərin kimliyi müəyyən edilib.

Rusiya hökumətinin sədri Tatyana Qolikova terror aktı zamanı xəsarət almış 52 nəfərin xəstəxanadan buraxıldığını, 93 nəfərin, o cümlədən 5 uşağın hazırda müalicəsini davam etdirdiyini deyib.

*** 12:50

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı 144 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə “Baza” teleqrm kanalı məlumat yayıb.

Daha 97 nəfər xəstəxanada müalicə olunur.