Crocus City Hall kompleksində terror aktında iştirak edənlər tapılıb məhv ediləcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

O, terror aktında iştirak edənlərə "ölüm üçün ölüm" prinsipini xatırladıb: "Terrorçular yalnız qisas terrorunu başa düşürlər. Əgər gücə güc tətbiq edilmirsə, terrorçuların total edamları və onların ailələrinə qarşı repressiyalarla ölümlərə qarşı heç bir məhkəmə və ya istintaq kömək etməyəcək".

Siyasətçi əlavə edib ki, terrorçuların Kiyev rejimi ilə əlaqəsi müəyyən olunarsa, bütün məsuliyyət daşıyanlar, o cümlədən dövlət rəsmiləri məhv ediləcək.

Ağarza Elçinoğlu