Xəbər verdiyimiz kimi, Moskva vilayətinin Krasnoqorsk şəhərində Crocus City Hall-da terror hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, atışmadan sonra konsert zalında yanğın baş verib. 

TASS-ın məlumatına görə, binanın bir hissəsi tamamilə yanıb. 

Hazırda Moskvanın SOBR və OMON bölmələri həyəcan siqnalı ilə qaldırılıb və hadisə yerinə yollanıb. Xüsusi təyinatlılar terrorçuların axtarışı və məhv edilməsi üçün zala daxil olub. 

Qeyd edək ki, konsert zalında naməlum silahlıların atəş açması nəticəsində 12 nəfər ölüb, təxminən 50 nəfər yaralanıb. 

Ağarza Elçinoğlu