Tavuş vilayətinin Əskipara kəndinin sakinləri baş nazir Nikol Paşinyana müraciət ünvanlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, bir qrup şəxs sözügedən ərazilərin Azərbaycana verilməsinə qarşı çıxıb: "Voskeparı təslim etməklə tariximizin kitabını bağlayacağıq. Voskepar təkcə evlər deyil, o, kommunikasiyaları da əhatə edən geniş anlayışdır". 

Onu da deyək ki, artıq sözügedən kəndin bir neçə ailəsi ərazini tərk edib. 

Ağarza Elçinoğlu