Ermənistanla Azərbaycan arasında birbaşa əlaqə var və yaranmış problemlər dialoq yolu ilə həll edilməlidir.

"Unikal" xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. 

"Ümid edirik ki, yaranmış problemlər dialoq və qarşılıqlı anlaşma əsasında həll olunacaq. Müharibə heç vaxt heç bir problemin həlli olmayıb. Müharibənin nəticəsi təhlükəsizliyin pozulması və hər şeyin dağılmasıdır", - deyə səfir bildirib. 

Ağarza Elçinoğlu