İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkməyəcək.

"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivə səfərə edən ABŞ dövlət katibi Blinkenlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, ölkə ABŞ-nin dəstəyi olmadan belə əməliyyatı keçirməyə hazırdır: "Rəfaha girmədən və orada qalan batalyonları məhv etmədən HƏMAS-ı məğlub etmək yolumuz yoxdur. Ümid edirəm ki, biz bunu ABŞ-nin dəstəyi ilə edəcəyik, amma məcbur olsaq, təkbaşına da edərik".

Ağarza Elçinoğlu