Rusiya ərazilərinin bir hissəsi indi faktiki olaraq Kiyev rejimi tərəfindən işğal olunub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, yeni bölgələri azad etmək və oradakı insanları qorumaq lazımdır: "Bizim Federasiyanın dörd yeni subyekti var. Bizim üçün əsas məsələ bu subyektlərdəki insanları qorumaq və bu subyektlərin hazırda Kiyev rejimi tərəfindən de-fakto işğal olunmuş ərazilərini azad etməkdir".

Kreml nümayəndəsi onu da qeyd edib ki, Rusiya öz sərhədlərində Donbass və Novorossiya ərazilərini nəzərə almasaq, Krımı ondan almaq üçün hər hansı üsullardan istifadə etmək niyyətində olan bir dövlətin olmasına icazə verə bilməz. 

Ağarza Elçinoğlu